SON XƏBƏRLƏR

Əli Xamənei qərblilərin gündəlik çörəyə möhtac olduqlarını iddia etdi

2024.02.06, 16:10
Əli Xamənei qərblilərin gündəlik çörəyə möhtac olduqlarını iddia etdi

İranın rəhbəri Əli Xamənei ölkədə inflyasiya və yoxsulluq səviyyəsinin artdığına görə etirazları yersiz hesab edib.

Gunaz.tv

O, hətta bir çox məşhur ölkələri İranla müqayisə edib və onların durumunun pis olduğnu vurğulayıb.

"Mən o ölkələrə səfər etməmişəm, ancaq məlumatlara görə, dünyanın bəzi böyük və məşhur ölkələrində küçədə gəzən adamlar ətraf aləmdə baş verənlərə əhəmiyyət vermir, sadəcə olaraq bir tikə çörək tapmağı düşünürlər",- Xamənei deyib.

Onun bu çıxışı iranlı sosial media istifadəçilərinin geniş müzakirəsinə səbəb olub.

Onlar Əli Xaməneidən iranlıları iddia etdiyi o məşhur və böyük ölkələrin vətəndaşları kimi yaşamağa icazə verməyə çağırıblar.

"Siz bizi buraxın, icazə verin bədbəxt olub və o böyük ölkələrin vətəndaşları kimi yaşamağa məhkum olaq",- istifadəçilər Xaməneiyə xitabən istehza ilə yazıblar.

Günaz TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar