SON XƏBƏRLƏR

İslamşəhrdə milli fəal həbs edilib

2024.02.07, 14:56
İslamşəhrdə milli fəal həbs edilib

Son iki gün ərzində azərbaycanlı milli-mədəni fəalların həbsinin davamında daha bir milli fəal saxlanılıb.

Gunaz.tv

Bu barədə yerli insan haqları fəalları məlumat yayıb.

Məlumatda bildirilib ki, fevralın 6-da milli fəal Tehran yaxınlığında yerləşən İslamşəhr şəhərində yaşayan milli fəal Kamal Nuri həbs edilib.

Təhlükəsizlik məmurlarının fəalın iş yerinə hücum edərək onu naməlum yerə apardıqları bildirilib.

Onun həbs edilmə səbəbləri barədə məlumat əldə etmək mümkün olmayıb.

Bununla da son iki gündə hbs edilən fəalların sayı 7-ə çatıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar