SON XƏBƏRLƏR

Finlandiya Ukraynaya növbəti hərbi yardım paketini təsdiqləyib

2024.02.09, 15:02
Finlandiya Ukraynaya növbəti hərbi yardım paketini təsdiqləyib

Bu barədə Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Gunaz.tv

Bildirilib ki, Finlandiya Respublikasının Prezidenti hökumətin təklifi əsasında bu məsələ ilə bağlı qərar verib.

Bu, Finlandiyanın Ukraynaya ayırdığı 22-ci müdafiə yardımı paketidir. Hərbi yardım paketinin dəyəri təxminən 190 milyon avrodur. Bununla da Finlandiyanın Ukraynaya çatdırdığı müdafiə materialının ümumi dəyəri 1,8 milyard avro təşkil edir.

Qeyd olunub ki, son ayrılan yardım paketinə Ukraynaya dəstək üçün ayrılmış 30 milyon avroluq ayrıca maliyyə ilə yerli sənayedən alınmış məhsullar da daxildir.

Hərbi yardımla bağlı şərh verən Finlandiyanın müdafiə naziri Antti Hakkänen deyib ki, milli və daha geniş miqyasda Ukraynaya uzunmüddətli perspektivdə dəstək üçün yeni yollar tapılmalıdır. "Biz hazırda Ukraynaya dəstək üçün uzunmüddətli plan hazırlayırıq", - müdafiə naziri bildirib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar