SON XƏBƏRLƏR

Zaxarova ATƏT-in seçki hesabatından danışdı

2024.02.09, 16:46
Zaxarova ATƏT-in seçki hesabatından danışdı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova ATƏT-in Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı hesabatını tənqid edib.

Gunaz.tv

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı hesabatını tənqid edib.

Zaxarova bu barədə Federasiya Şurasının dövlət suverenliyinin qorunması və Rusiyanın daxili işlərinə müdaxilənin qarşısının alınması üzrə komissiyasının iclasında danışıb.

O, ATƏT/ DTİHB-in hesabatında yer alan açıqlamaları şərh edərkən bunları deyib: “Nə edirsən et, nə qədər namizəd olur-olsun, onların hansı platformaları, partiyaları olur-olsun, heç bir şey önəmli deyil, yalnız bir şeydən – siyasi qərəzdən başqa. Mənim ATƏT/ DTİHB-ə bir sualım var: Onlar, ümumiyyətlə, dövlət üçün kritik vacib anda cəmiyyətin konsolidasiyası anlayışı barədə nə isə eşidiblərmi? Zənnimcə, heç nə eşitməyiblər. Əgər heç nə eşitməyiblərsə, demək seçkiləri necə müşahidə etmək barədə heç bir təsəvvürləri yoxdur”.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar