SON XƏBƏRLƏR

Onlarla ölkədə Tehran hökumətinə qarşı aksiyalar keçirilib

2024.02.12, 12:06
Onlarla ölkədə Tehran hökumətinə qarşı aksiyalar keçirilib

İranda 1979-cu il inqilabının ildönümü mərasimlərinin keçirilməsi ilə eyni vaxtda, onlarla xarici ölkədə yaşayan iranlılar Tehran hökuməti əleyhinə aksiyalar keçiriblər.

Gunaz.tv

Bu barədə xarici media məlumat yayıb.

Belçika, İsveç, Avstraliya, Almaniya, Fransa, ABŞ, Kanada, Britaniya, Danimarka, Kanada və b. ölkələrdə keçirilən nümayişlərdə İran hökumətinin insan haqlarını pozmasına etiraz edilib.

Yerli hüquq müdafiəçilərinin də qoşulduğu nümayişlərdə hazırki hakimiyyətin 1979-cu ilin inqilabını qəsb etdiyini və terror dövləti qurduğunu bildiriblər.

Onlar bununla yanaşı, ölkədə edam hökmlərinin artmasına, SEPAH-ın ölkə daxili və xaricində terror şəbəkəsini gücləndirməsinə qarşı şüarlar səsləndirib, SEPAH-ın adının terror təşkilatları siyahısına salınmasını tələb ediblər.

"Qurtuluşumuzun tək yolu birliyimizdir. Ölkə daxilindəki iranlıları dəstəklədiyimizi və qələbə qazanana qədər susmayacağımızı dünya ictimaiyyətinə göstərməliyik",- deyə müxaliflərin bəyanatında bildirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar