SON XƏBƏRLƏR

4 bəluc məhbusa edam hökmü çıxarılıb

2024.02.13, 11:30
4 bəluc məhbusa edam hökmü çıxarılıb

Bu barədə bəluc mənbələri məlumat yayaraq onlardan birinin 12 yaşında cinayət törətdiyini bilidirib.

Gunaz.tv

Barələrində edam hökmü çıxarılmış məhbusların kimliklərinin Eydu Şəhbəxş, Əbüdlqəni Şəhbəxş, Əbdül Rəhim Qənbər Zəhi  və Süleyman Şəhbəx olduğu qeyd olunub. 

Onlar Kərəc şəhəri Qızılhisar Həbsxanasına saxlanılır və Tehran Məhkəməsinin 28-ci Şöbəsi tərəfindən “sistemə qarşı qrup yaratmaq və müəyyən qruplara üzvlükdə” ittiham olunublar. 

Bəluc qaynaqlar bildiriblər ki, Süleyman Şəhbəxş və Əbdül Rəhim Qənbər Zəhi Sistan və Bəlucistan Əyaləti hərbi post komandirini  2016-cı ildə öldürməkdə ittiham olunurlar. 

Süleyman həmin vaxt 12 yaşında olub. Ona görə də barəsində çıxarılmış edam hökmü “yetkinlik yaşına çatmayana edam” kimi qiymətləndirilir. 

Taymaz
 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar