SON XƏBƏRLƏR

Güneyli məhbus ailəsi ilə qısa əlaqə saxlaya bilib

2024.02.14, 11:46
Güneyli məhbus ailəsi ilə qısa əlaqə saxlaya bilib

Güneyli aktivist Araz Aman Təbriz şəhərində 6 gün saxlanıldıqdan sonra fevralın 12-də ailəsi ilə qısa əlaqə saxlaya bilib.

Gunaz.tv

Araz ailəsi ilə danışığında Təbriz şəhərinin Təhlükəsizlik İdarəsinə köçürüldüyünü bildirib. 

Aktivist ailəsi ilə danışarkən ikimənalı sözlərlə nə isə çatdırmaq istəyib. Bu an telefon əlaqəsi kəsilib. Bu səbəbdən ailəsi onun vəziyyəti barədə nigaran qaldığını bildirib.

 Araz Aman fevral ayının 7-i məmurlar tərəfindən döyülüb söyüşlərə məruz qalaraq Təbriz şəhərində saxlanılıb. Aktivistin nədə ittiham olunaraq saxlanıldığı barədə ailəsinə hələ ki, məlumat verilmir.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar