SON XƏBƏRLƏR

Ərdəbilli fəal təhlükəsizlik idarəsinə çağırılıb

2024.02.16, 11:24
Ərdəbilli fəal təhlükəsizlik idarəsinə çağırılıb

Güneyli milli-mədəni fəallara təzyiqlər davam edir.

Gunaz.tv

Güney Azərbaycanda milli-mədəni fəallara qarşı təzyiqlərin davamında Ərdəbildən olan milli fəal Behruz Dəşti polisin təhlükəsizlik və informasiya idarəsinə çağırılıb.

Bu barədə fəalın yaxınları məlumat verib.

Bildirilib ki, Behruz Dəşti fevralın 15-də adı çəkilən idarədən telefon vasitəsilə edilən çağırışı qanunsuz adlandırıb və getməkdən imtina edib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin Ərdəbildəki yerli bölməsi B.Dəşti və ailəsinə zəng edib.

Məmurlar fəaliyyətlərini davam etdirəcəyi təqdirdə fəalı həbs edəcəkləri ilə hədələyiblər.

GünazTV 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar