SON XƏBƏRLƏR

Güneyli aktivistin Evin Həbsxanasında olduğu inkar olunub

2024.02.16, 11:25
Güneyli aktivistin Evin Həbsxanasında olduğu inkar olunub

“Övladınız burada deyil”- Tehran şəhəri Evin Həbsxanası Prokurorluğunun müdiriyyəti güneyli aktivist Mürtəza Pərvinin atasının müraciətinə cavab olaraq deyib.

Gunaz.tv

Azərbaycan milli hərəkatı aktivistinin saxlanılmasından 10 gün ötsə də onun durumu barədə məlumat verilmir və valideyninin dəflərlə müraciət etməsinə baxmayaraq bəlli bir cavab almayıblar.

Aktivistin atası 14-15 fevral günlərində oğlunun vəziyyəti ilə maraqlanmaq üçün həmin prokurorluğa müraciət edib və onunla görüşmək istədiklərini deyib. Prokurorluğun müvafiq məmurları bir neçə saatdan sonra bildirib ki, “oğlunuz burada deyil”. 

Xatırladaq ki, Mürtəza Pərvin Cüda fevralın 6-da Ərdəbil şəhərindəki atası evində saxlanılıb. Dörd gün sonra ailəsi ilə qısa əlaqə saxlamaq icazəsi verilərək Tehran şəhəri Evin Həbsxanasına aparıldığını bildirib.

Aktivist həmçinin deyib ki, təhlükəsizlik məmurları istintaq üçün ifadə vermədiyini və verməyəcəyini vurğuladıqdan sonra ona təzyiqlər edir. 

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar