SON XƏBƏRLƏR

Zəngan şəhərində 90 məhbus edam olunacaq

2024.02.16, 13:02
Zəngan şəhərində 90 məhbus edam olunacaq

Cenevrə şəhərində yerləşən İran üzrə İnsan Haqları Təşkilatı Zəngan şəhəri Mərkəzi Həbsxanasında 90 məhkumun edam olunacaqlarını bildirib.

Gunaz.tv

Narkotik maddələr, qəsdən adam öldürmə, silahlı oğurluq və digər cinayətlərdə ittiham olunaraq onlara çıxarılmış edam hökmü Ali Məhkəmədə təsdiqlənib.

İran hakimiyyəti həmin cinayətlər üzrə edam qərarlarını icra etməklə yanaşı, siyasi məhbuslara da edam qərarının çıxarılması və icrasını artırıb. 

İranda edamlar insan haqlarına zidd olduğuna görə beynəlxalq qurumlar tərəfindən qınanılır və dayandırılması tələb olunur. 

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar