SON XƏBƏRLƏR

Ayxan Hacızadə: Bölgədə sülhün bərqərar olması Azərbaycanla birbaşa danışıqlardan keçir

2024.02.19, 10:49
Ayxan Hacızadə: Bölgədə sülhün bərqərar olması Azərbaycanla birbaşa danışıqlardan keçir

"Ermənistan tərəfinin guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasına gəldikdə bunun heç bir əsasının olmadığı, məhz Ermənistanın öhdəliklərinə zidd olaraq silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı, kommunikasiya xətlərinin açılması öhdəliyini yerinə yetirmədiyi hər kəsə yaxşı məlumdur".

Gunaz.tv

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş nazirinin Münxendə erməni icması ilə görüşdə səsləndirdiyi fikirlərə dair şərhində deyib.

“Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir”, - Ayxan Hacızadə deyib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar