SON XƏBƏRLƏR

Qəzvinli fəal həbs qərarının icrası üçün çağırıldı

2024.02.19, 14:24
Qəzvinli fəal həbs qərarının icrası üçün çağırıldı

Qəzvin şəhərinin Ümumi və İnqilab Məhkəməsinin məhkəmə qərarlarının icrası bölməsi Güney Azərbaycanın Qəzvin şəhərindən olan ictimai fəal Ramin Qaşqayiyə çağırış göndərib.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Bildirilib ki, çağırış vərəqəsində ondan 30 gün ərzində 6 illik həbs cəzasının icrası və həbsxanaya köçürülməsi üçün məhkəmənin adı çəkilən bölməsinə müraciət etməsi istənilib.

Qeyd edək ki, ictimai fəal Ramin Qaşqayi 12 mart 2023-cü ildə Qəzvin şəhərində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Azərbaycanlı fəal "hökumət əleyhinə təbliğat" və "ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq məqsədilə toplaşmaq və əlbir olmaq"da günahlandırılıb.

Həbs cəzası ilə yanaşı, onun iki il müddətinə ölkədən çıxışına qadağa qoyulub, həbsdən sonra iki il Sistan və Bəlucistan əyalətində sürgünə məhkum edilib.

O, may ayının əvvəllərində girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılmışdır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar