SON XƏBƏRLƏR

Dünya Ana Dili Günü münasibəti ilə konfrans keçirilib 

2024.02.19, 14:27
Dünya Ana Dili Günü münasibəti ilə konfrans keçirilib 

Almaniyanın Köln şəhərində 21 fevral Dünya Ana Dili Günü münasibəti ilə “fərqli dillər, problemlər və inkişaf imkanları” adında konferans keçirilib.

Gunaz.tv

Fevralın 17-də keçirilmiş yığıncaqda İran coğrafiyasında yaşayan xalqların bir sıra təmsilçiləri iştirak ediblər. 

Müvafiq mütəxəssislər və tədiqiqatçılar dil çeşidliyi, İran hakimiyyətinin bu gerçəkliyə düzgün yanaşmaması və ölkədə dillərin çox olduğuna inkişaf vasitəsi qismində baxılmasının vacibliyi barədə danışıblar. 

Onlar həmçinin İranda təhsil sisteminin ancaq fars dilində olduğunu qınayaraq qeyri-fars uşaqlara təsirləri və ölkədə çoxdilli təhsil sisteminin yaradılması barədə fikir irəli sürüblər. 

Konfrans Ana Dili Günü ərəfəsində “Türk Qadınları Mərkəzinin” təşəbbüsü ilə keçirilib.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar