SON XƏBƏRLƏR

Amerikalı porno ulduz Xameneinin seçkilərlə bağlı çağırışına dəstək verdi

2024.02.21, 11:55
Amerikalı porno ulduz Xameneinin seçkilərlə bağlı çağırışına dəstək verdi

Fevralın əvvəllərində Tehrana səfəri zamanı paylaşdığı hicablı fotoları ilə gündəmə gələn amerikalı porno ulduz Uitni Rayt hicabı təbliğ etməkdə və etirazçıların öldürülməsinə göz yummaqda günahlandırılır

Gunaz.tv

O, sosial media hesabında iranlıları İranda keçiriləcək parlament seçkilərində iştiraka çağırıb.

“Martın 1-də seçkilərdə iştirak etməyi unutmayın”, - Uitni Rayt yazıb.

İranlı sosial media istifadəçiləri porno ulduzunun bu çağırışını Əli Xameneiyə dəstək kimi qiymətləndiriblər.

Qeyd edək ki, Uitni Rayt İrana səfəri çərçivəsində paytaxtın müxtəlif əhəmiyyətli obyektlərində, o cümlədən Sədabad sarayı və ABŞ-in Tehrandakı keçmiş səfirliyinin binasında çəkdirdiyi hicablı fotolarını paylaşıb.

İranlı sosial media istifadəçiləri Tehran rejiminin ideoloji təbliğat üçün əxlaqsızlardan istifadə etdiyini yazıblar.

Xüsusən iranlı qadınlar Raytı Tehran hakimiyyətinin qadınlara qarşı etdiyi zülmlərə laqeyd yanaşmaqda və şəxsi mənafei üçün mollalarla eyni sırada dayanmaqda günahlandırıblar.

Porno ulduzun İran İslami Təbliğat Təşkilatı tərəfindən Tehrana dəvət edildiyi bildirilsə də, adı çəkilən təşkilat bununla bağlı açıqlama verməyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar