SON XƏBƏRLƏR

ABŞ cinayətkar dəstənin rəhbərlərindən birini İranla əlaqədar ittiham edib

2024.02.22, 11:41
ABŞ cinayətkar dəstənin rəhbərlərindən birini İranla əlaqədar ittiham edib

ABŞ Ədliyyə Nazirliyi “Yakuza” cinayətkar dəstəsinin rəhbərlərindən birini İrana nüvə maddələrinin qaçaqmalçılığı cəhdində ittiham edib.

Gunaz.tv

Qaçaqmalçılıq üçün nəzərdə tutulan maddələr nüvə silahı istehsal etməyə gərəkən qatılıqda olub. 

Bildirək ki, “Yakuza” Yaponiyada ən məşhur cinayətkar dəstəsidir və transmilli mütəşəkkil cinayətkar dəstələrin üzvü hesab olunur. 

Nazirliyin fevralın 21-də yaydığı bəyanata istinadən 60 yaşlı yaponiyalı Takşi İbisava hal hazırda Nyu-York Ştatının Bruklin şəhərinin həbsxanasında saxlanılır. 

O, yeni ittiham aktına əsasən İrana uran və plutonium satışına cəhddə ittiham olunub. İbisava və əlbir olduğu 61 yaşlı taylandlı Samfub Sinqasiri bu gün fevralın 22-i Nyu-York Ştatının Federal Məhkəməsində yeni ittihamlar barədə ifadələri dinləniləcək. 

Bəyanatda bildirilib ki, İbisava və əlaltıları özünü şərti nüvə maddələri alıcısı təqdim edən və İranın yüksək bir vəzifəlisi ilə əlqədə oluğunu deyən məxfi məmura Taylandda həmin nüvə maddələrindən kiçik nümunələr göstərməklə böyük həcmdə satmaq məsədləri olub. 

İran İbisavaya qarşı irəli sürülmüş ittiham barədə hələ mövqe bildirməyib.

Amerika rəsmilərinin məlumatlarına əsasən Takşi İbisava “Yakuza” cinayətkar dəstənin üst rəhbərlərindən biridir. 

O, ABŞ, Tayland, Şirilanka və Myanmarda fəaliyyət göstərib. 

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar