SON XƏBƏRLƏR

"Siyasi edamlar xalqı istəyindən döndərə bilməyib"- Moləvi Əbdülhəmid

2024.02.24, 11:41
"Siyasi edamlar xalqı istəyindən döndərə bilməyib"- Moləvi Əbdülhəmid

Sistan və Bəlucistan Əyaləti Zahidan şəhərinin sünni imamı Möləvi Əbdülhəmid siyasi edamların xalqı istəklərindən geri oturda bilmədiyini deyib.

Gunaz.tv

Moləvi həmçinin İranda edamların artdığını qınayaraq vətəndaşların haqlı tələblərinin hələ də qaldığını bildirib.

O, fevralın 23-ü Zahidan şəhərində keçirilmiş cümə namazı xütbələrində siyasi və narkotik maddələr ittihamları üzrə edamların dayandırılmasını tələb edib. 

“Edamların artması İran xalqına kədər təsiri ilə yanaşı, bütün dünyanı dəhşətə gətirib. 

Hətta peyğəmbər düşmənlərə informasiya ötürənləri edam etməyib və deyib ki, edam etsəm deyərlər ki, öz xalqını öldürür”- deyə sünni lider qeyd edib.

Möləvi Əbdülhəmid çıxışının sonunda deyib: “Müttəhimləri işgəncə ilə yalan ifadəyə məcbur etmək İranda bir qaydaya çevrilib. Edamlar ölkə və rəsmilər üçün dünyada cavabdehliyə səbəb olur”.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar