SON XƏBƏRLƏR

Bəluç vətəndaşlar barədə həbs qərarı təsdiqlənib

2024.02.24, 15:09
Bəluç vətəndaşlar barədə həbs qərarı təsdiqlənib

Sistan və Bəluçistan Əyaləti xəbərlərini dərc edən “Halvş” internet səhifəsi 2 bəluç vətəndaşın həbs qərarlarının təsdiqləndiyini bildirib.

Gunaz.tv

Zahidan şəhəri Məkki Məscidinin kameramanları Əbdülnəsir Şahbax və Üsamə Şahbax barədə çıxarılmış 1 ilədək həbs qərarı eynisi ilə apelyasiya məhkəməsində təsdiqlənib.

Səhifənin məlumatına istinadən onların qərar barədə qaldırdıqları vəsatət qəbul olunmayıb. 

Kameramanlar cari ilin yanvarında qiyabi iclası vasitəsi ilə Zahidan şəhəri Məhkəməsinin Birinci Şöbəsi tərəfindən 1 ildək həbsə məhkum olunublar. 

Onların nədə ittiham olduqları barədə məlumat yoxdur. 

Xatırladaq ki, Zahidan şəhəri Məkki məscidinin sünni imam cüməsi Moləvi Əbdülhəmid İran hakimiyyətinin daxili və xarici siyasətlərini kəskin tənqid etdiyinə görə bir neçə aydır ki, onunla əlaqəli vətəndaşları həbs etmyə başlayıblar.

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar