SON XƏBƏRLƏR

Bir neçə il qadağadan sonra Azərbaycan dilində filmə ekran icazəsi verilib

2024.02.29, 15:06
Bir neçə il qadağadan sonra Azərbaycan dilində filmə ekran icazəsi verilib

Güney azərbaycanlı Əsğər Yusifinijadın qadağa qoyulmuş Azərbaycan dilində Qolçaq filminin nəhayət ki, illər sonra ekranına icazə verilib.

Gunaz.tv

Azər Əncümən xəbər portalının məlumatına istinadən rəhmətlik Əsğər Yusifinijadın Azərbaycan dilində ilk filmi Ev adında olub

Onun ikinci olaraq Qolçaq sinema filminin ekranına qadağa qoyulmasından bir neçə il sonra axır ki, ekan icazəsi verilib.  

Qolçaq Novruz Bayramı günlərində İncəsənət və Təcrübə Qrupu üzrə ekran olunacaq. 

Onun həyat yoldaşı Səfiyə Aslani filmin çəkildiyi günlərin sonunda Yusifinijada verilmiş “sizcə uğurlu film anlayışı nədir?” sualına cavabını xatırladıb.

“Xoşbəxt film baxılan filmdir”- deyə dünyasını dəyişim rejisor Əsğər Yusifinijad sualı cavablandırıb. 

Rejisorun yoldaşı xalqa və incəsənətçilərə xitabən deyib: “Qolçaq filminin baxılmasını arzu edirəm. Baxılarsa film yaradıcıları, Azərbaycanın böyük sayda olan incəsənətçilərinin əməyinə dəyər vermək olardı. Həçminin filmin ekran olunması Təbriz əhalisinin haqqıdır”.

Bildirək ki, güneyli ssenari müəllifi və rejisor Əsğər Yusifinijad 1969-cu il Təbriz şəhərində doğulub. 2022-ci ilin sentyabr ayında beyində qansızma və infarkt səbəbindən 52 yaşında dünyasını dəyişib. 

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar