SON XƏBƏRLƏR

İranda yəhudilər seçkilərdə iştiraka məcbur edilib

2024.03.02, 14:04
İranda yəhudilər seçkilərdə iştiraka məcbur edilib

Marın 1-də İranda keçirilən parlament və Eksperlər Məclisi seçkilərində yəhudilərə təzyiq göstərilib, onlar məcburi şəkildə seçki təbliğatı və səsverməyə cəlb olunub.

Gunaz.tv

Bu barədə Tehranda anadan olan İsrail Milli Təhlükəsizlik və Strategiya İnstitutunun eksperti Ben Səbti deyib.

"Yəhudilər avtobuslarla qrup halında stadionlara və başqa təbliğat-təşviqat kampaniyaları keçirilən yerlərə aparılıb. Seçki günü isə eyni üsulla səsverməyə məcbur ediliblər",- məlumatda bildirilib.

Qeyd edək ki, 1979-cu il inqilabından sonra İranda yaşayan yəhudilərin əksəriyyəti ölkəni tərk etməyə məcbur olublar.

Hazırda İranda qalan 20-25 min civarında yəhudinin bir qismi kimliklərini gizlətmək məcburiyyətində qalır, başqaları isə davamlı təzyiq və ayrı-seçkiliklə üzləşir.

İsrail-HƏMAS müharibəsi başlayandan sonra İranda yaşayan azsaylı yəhudilərə qarşı təzyiqlər daha da artıb.

Onlar İsrail əleyhinə aksiyalar keçirməyə, yəhudilərin soyqırımını inkar etməyə məcbur edilir.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar