SON XƏBƏRLƏR

İsraillə əməkdaşlıq iddiası ilə İranda 1 nəfər edam olunub

2024.03.04, 13:13
İsraillə əməkdaşlıq iddiası ilə İranda 1 nəfər edam olunub

İran KİV edam olunan barədə ayrıntılı məlumat vermədən və adını açıqlamadan “Mossad agenti” olmaqda ittiham olunduğunu bildirib.  

Gunaz.tv

SEPAH-a bağlı Təsnim XA martın 3-də bu barədə yazaraq çıxarılmış edam qərarının dəqiqliklə hansı tarixdə və harada icra olunduğu barədə məlumat verməyib.

Agentlik edam olunan şəxsin “28.01.2023-cü il tarixində Müdafiə Nazirliyinə bağlı və İsfahan Əyalətində yerləşən emalatxana kompleksini partlatmaq niyyətində olduğunu” iddia edib. 

Xatırladaq ki, İran Müdafiə Nazirliyi İsfahan şəhərində döyüş sursatları istehsal edən mərkəzə kiçik dronlarla “uğursuz həmlə” olunduğunu və mərkəzin tavanının cüzi xəsarət aldığını bildirmişdir.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar