SON XƏBƏRLƏR

Britaniya Rusiyaya ballistik raketlərin göndərildiyini təsdiq edib

2024.03.06, 11:35
Britaniya Rusiyaya ballistik raketlərin göndərildiyini təsdiq edib

Britaniyanın müdafiə naziri əldə etdiyi məlumatlara istinadən İran tərəfindən Rusiyaya yer-yer ballistik raketlərin göndərildiyini təsdiq edib.

Gunaz.tv

Qrant Şaps bu barədə ayrıntıları açıqlaya bilməyəcəyini qeyd edib. O, Haus (The House) həftəlik dərgisi ilə müsahibəsində İranın beynəlxalq müharibələri qızışdırma siyasətlərini qınayıb. 

Şaps həmçinin İran hakimiyyəti tərəfindən ballistik raketlər və Şahid PUA-larının Rusiyaya verildiyinə toxunaraq deyib: “Dəfələrlə müşahidə etmişik ki, dünyada münaqişlər olan kimi İran əksər hallarda onları qızışdırır.

İranın mənfi təsirləri yalnız Orta Şərqdə məhdudlaşmır. Tehran tərəfindən Moskvanın silahla təmin edilməsini nəzərə alaraq hazırda təsirləri Avropaya da çatıb”. 

Xatırladaq ki, Royterz XA favralın 21-də İran tərəfindən Rusiya üçün 400 ballistik raketin göndərildiyini bildirmişdir. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar