SON XƏBƏRLƏR

Aclıq aksiyası keçirən aktivistə dəstək üçün şəhərdə posterlər yapışdırılıb

2024.03.08, 11:28
Aclıq aksiyası keçirən aktivistə dəstək üçün şəhərdə posterlər yapışdırılıb

Ərdəbil şəhərinin aktivistləri aclıq aksiyası keçirən Mürtəza Pərvinə dəstək üçün şəhərdə poster və banerlər yapışdırıblar.

Gunaz.tv

Güney Azərbaycan milli hərəkatının aktivistləri 14 gündür Tehran şəhəri Evin Həbsxanasında aclıq aksiyasına başlamış rəssam aktivist Mürtəza Pərvinə dəstək üçün martın 7-də “dustaqlar incəsənəti və incəsənətçini susdura bilməz” məzmununda posterlər yayıblar.

Posterin məzmununa əsasən aktivist simvolik olaraq Azərbaycan yazılmış həbsxananın 209-cu palatasında məhbus geyimində göstərilib. 

Həmçinin aktivistin qardaşı Müctaba Pərvin video paylaşaraq aclıq aksiyası nəticəsində qan təzyiqinin düşməsi və haldan getmə səbəbindən qardaşının Evin Həbsxanasının klinikasına köçürüldüyünü bildirib. 

Xatırladaq ki, Mürtəza Pərvin “Təhlükəsizlik İdarəsi tərəfindən elan olunmuş ağır ittihamların onu etdiyi fəaliyyətlərdən uzaqlaşdırmasına” etiraz olaraq 14 gün öncə aclıq aksiyasına başlayıb. 

Aktivist təxminən 1 ay əvvəl Ərdəbil şəhərində saxlanılaraq Tehranın Evin Həbsxanasına aparılıb.

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar