SON XƏBƏRLƏR

Təbriz şəhərində kafel fabrikinin işçiləri tətilə başlayıb

2024.03.12, 11:22
Təbriz şəhərində kafel fabrikinin işçiləri tətilə başlayıb

Fabrikin martın 10-da tətilə başlamış fəhlələri və ştat işçiləri məişətlərinin ağır, maaşlarının isə az olduğuna etiraz edirlər.

Gunaz.tv

Onlar fabrikin sahəsində toplaşaraq həmçinin müavinətlərin və rifah xidmətlərinin olmamasına etirazlarını bildirməklə dövlətin diqqət ayırmasını tələb ediblər. 

Xatırladaq ki, fəhlələrin məişətlərinin ağır olduğu və İran hakimiyyətinin bu məsələyə diqqət ayrımasının vacibliyi dəfələrlə mütəxəssislər tərəfindən vurğulanıb. 

İran iqtisadiyyatında infilyasiyanın yüksək olduğu bir halda maaşlarının aşağı olması onlara maddi problemlər yaradıb. 

Taymaz
.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar