SON XƏBƏRLƏR

Urmu gölünün son durumunu əks etdirən peyk fotosu yayıldı

2024.03.13, 10:50
Urmu gölünün son durumunu əks etdirən peyk fotosu yayıldı

İran hökumətinin Urmu gölünün bərpa layihəsi çərçivəsində tədbirlər gördüyü və bəndlərdən gölə su buraxılması ilə bağlı iddialarını təkzib edən gölün peykdən çəkilən yeni fotosu yayılıb.

Gunaz.tv

Bu barədə "Urmiya gölünə dəstək kampaniyası" məlumat yayıb.

Fotoda gölün ən dayaz hissəsində nisbi canlanma olduğu, bunun isə hər il payız və qış aylarında mövsümi yağıntılar nəticəsində baş verdiyi qeyd olunub.

Qeyd edək ki, Urmu gölünün normal ekoloji su həcmi 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Ancaq hazırda gölün sahəsi və su həcmi qeyd olunan normal ekoloji vəziyyətin 5 faizini təşkil edir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar