SON XƏBƏRLƏR

Rusiyanın Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu zamanı ölənlərin sayı 4-ə çatıb

2024.03.13, 13:25
Rusiyanın Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu zamanı ölənlərin sayı 4-ə çatıb

Rusiya Silahlı Qüvvələri ötən gecə Ukraynanın Krivoy Roq şəhərini raket atəşinə tutub, ölənlərin sayı 4 nəfərə çatıb.

Gunaz.tv

Bu barədə Dnepropetrovsk vilayətini Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak “Telegram”da yazıb.

Onun sözlərinə əsasən, raket hücumu nəticəsində yaralanan qadın xəstəxanada dünyasını dəyişib. Şəhərin atəşə tutulması ilə ümumilikdə dörd nəfər ölüb, 43 nəfər yaralanıb, yaralıların arasında 12 uşaq var. Xəsarət alanların 20 nəfəri tibb müəssisələrinə yerləşdirilib, onların dördü böyük və ikisi uşaq olmaqla 6 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar