SON XƏBƏRLƏR

Məhbus aktivist müalicə məzuniyyətinə göndərilib

2024.03.13, 15:46
Məhbus aktivist müalicə məzuniyyətinə göndərilib

2022-ci il ümumrespublika etirazlarında saxlanılıb həbsə məhkum olunmuş aktivist 1 il yarım sonra Kirman Əyaləti Mərkəzi Həbsxanasından müalicə üçün məzuniyyətə göndərilib.

Gunaz.tv

Abbas Lisani Məlumatlandırma İnternet Səhifəsinin bildirdiyi xəbərə istinadən əslən Azərbaycan türkü olan Səhənd Nurməhəmmədzadə martın 12-i Kəhnuc Həbsxanasından müalicə üçün bir neçə günlük məzuniyyətə göndərilib. 

1996-cı il təvəllüdlü Səhənd Nurməhəmmədzadə aksiyalar zamanı 2022-ci ilin oktyabrında Tehran şəhəri Tirajə Ticarət Mərkəzi qarşısında saxlanılıb. 

Aktivist “respublikanın intizam və təhlükısizliyinə xələl gətirmə, islami hakimiyyətə qarşı çıxma, aksiyalarda iştirak” ittihamaları ilə ölüm cəzasına məhkum olunmuşdur. 

Apellyasiya məhkəməsindən sonra ona edam cəzası 10 ildək azadlıqdan məhrum etmə ilə dəyişdirilib. 

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar