SON XƏBƏRLƏR

Futbol yarışından sonra 3 aktivist saxlanılıb

2024.03.14, 12:04
Futbol yarışından sonra 3 aktivist saxlanılıb

Güney Azərbaycan Traktor və Tehranın Həvadar futbol komandalarının qarşılaşmasından sonra 3 güneyli aktivist təhlükəsilik məmurları tərəfindən saxlanılıb.

Gunaz.tv

Səməd Heydəri, Əmin və Əmir Tağızadə martın 13-ü keçirilmiş futbol yarışmasından sonra Təbriz şəhəri Səhənd Stadiumundan (Qurdlar Dərəsi ləqəbi ilə tanınan) çıxarkən saxlanılıblar.

Onların saxlanılma səbəbləri və hansı idarəyə aparıldıqları barədə hələ məlumat yoxdur.

Qeyd edək ki, yarış zamanı on minlərlə azarkeş “torpaqdan pay olmaz”, “Azərbaycan var olsun, istəməyən kor olsun” şüarlarını səsləndiriblər.

Həmçinin Quzey və Güney Azərbaycanın xəritəsi və aralarında Araz çayı naxışlanmış plakad qaldırılmaqla Güney Azərbaycanın müstəqilliyə qovuşması ilə bütöv Azərbaycanın reallaşacağı vurğulanıb. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar