SON XƏBƏRLƏR

İran barədə işin beyəlxalq məhkəməyə verilməsi istənilib

2024.03.14, 13:32
İran barədə işin beyəlxalq məhkəməyə verilməsi istənilib

ABŞ Beynəlxalq Dini Azadlıqlar Komissiyası, İranda 2022-ci il hərəkatında xüsusilə qadınlara basqıların “bəşəriyyətə qarşı cinayət” kimi tanınmasından sonra, bu barədə işin Beynəlxalq Cinayət Məhkəməsinə göndərilməsini istəyib.

Gunaz.tv

Komissiyanın komisarı Erik Oyland deyib: “İranda etiraz aksiyalarına basqılar barədə BMT-nin Gerçəklikləri Araşdırma Komitəsinin hesabatı Tehran rejimi tərəfindən dini və sair azadlıqların hüquqlarını açıqcasına pozulduğuna dəlalət edir”. 

Oylanad həmçinin Bayden iqtidarından beynəlxalq sanksiyaların tətbiq olunması, İran rəsmilərinə viza verilməsinə qadğa və bu kimi tədbirlərin həyata keçirilməsini istəyib. 

Komissiyanın digər komisarı Stefan Şenk iranlı dini azlıqlara ölkdə məskunlaşmalarına şərait yaradılmasını ABŞ konqresinə təklif edib.

Xatırladaq ki, İranda etiraz aksiyalarına basqılar barədə BMT-nin Gerçəklikləri Araşdırma Komitəsi bir neçə gün əvvəl hesabatını təqdim edərək ölkədə azlıqların hüquqlarının geniş miqyasda pozulduğunu vurğulayıb. 

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar