SON XƏBƏRLƏR

Avropa rəsmisi İrana daha çox sanksiyalar tətbiq olunmasına qarşı çıxıb

2024.03.20, 12:45
Avropa rəsmisi İrana daha çox sanksiyalar tətbiq olunmasına qarşı çıxıb

Fransa, Almaniya, Nederland və 5 digər Avropa ölkəsi husilərə silah təmini səbəbindən İrana sanksiyaların artırılması məqsədi ilə Cozep Borelə məktub ünvanlayıblar.

Gunaz.tv

Qeyd olunan ölkələr bölgədə silahlı birləmələrə məsləhətlər verilməsi, maliyyə təmini və silahlandırma səbəbindən İrana qarşı sanksiya tətbiq olunmasına icazə istəyiblər.  

Bu barədə Val Strit Jurnal qəzeti martın 19-u məlumat yayıb.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasətləri yüksək təmsilçisi Cozef Borel və İttifaqın bir neçə digər yüksək vəzifəlisi həmin ölkələrin tələbinə qarşı çıxıblar. 

“Belə bir hərəkət Tehranla nüvə diplomatiyasına ziyan verər. Hələ etməyin, indi vaxtı deyil” Borel deyib.

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar