SON XƏBƏRLƏR

Yaponiya sahillərində kimyəvi tanker çevrilib

2024.03.21, 09:25
Yaponiya sahillərində kimyəvi tanker çevrilib

Yaponiyanın Yamaquti prefekturasının sahillərində Cənubi Koreya bayrağı altında üzən kimyəvi tanker çevrilib.

Gunaz.tv

"Yonhap" agentliyi xəbər verir ki, hadisə zamanı tankerdə 8 İndoneziya, 2 Cənubi Koreya və 1 Çin vətəndaşı olmaqla, ümumilikdə 11 ekipaj üzvü olub, onlardan 6-sı xilas edilib, 5 ekipaj üzvünün axtarışları davam edir.

Axtarış-xilasetmə işlərinə aviasiya və patrul katerləri cəlb olunub.

Yaponiya Sahil Mühafizəsi qeyd edir ki, uzunluğu 68,8 metr və eni 10,6 metr olan tanker 980 ton akril turşusu daşıyıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar