SON XƏBƏRLƏR

Paşinyan mayda Moskvaya səfər edəcək

2024.03.22, 12:04
Paşinyan mayda Moskvaya səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan may ayında Rusiyanın paytaxtı Moskva şəhərinə səfər edəcək.

Gunaz.tv

Bu barədə Ermənistanın “Hraparak“ nəşri mənbələrinə istinadən yazıb.

Vurğulanıb ki, Paşinyan Avrasiya İqtisadi İttifaqının may ayında keçiriləcək yubiley sammitində iştirak etmək üçün Rusiya paytaxtına yola düşəcək.

Qeyd edək ki, Aİİ-nin yubiley sammiti mayın 8-də Moskvada keçiriləcək. Bu barədə Rusiya Prezidenti Vladimir Putin İttifaqın idarə heyətinin rəhbəri ilə görüşündə bildirib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar