SON XƏBƏRLƏR

İran Müəllimlər Birliyi bəyanat yaydı: Bayramı boş süfrə arxasında keçirdik

2024.03.23, 14:33
İran Müəllimlər Birliyi bəyanat yaydı: Bayramı boş süfrə arxasında keçirdik

Hər il bayramı boş süfrə arxasında dua edib və növbəti günü gözləyirik. 

Gunaz.tv

Bunu İran Müəllimlər Birliyi yaz bayramı ilə bağlı yaydığı bəyanatda deyiblər.

Bəyanatda müəllimlər, jurnalistlər, sinfi fəalara qarşı repressiyaların şiddətlənməsi qeyd olunub.

Bununla yanaşı yoxsulluğun, təhsilini yarımçıq qoymağa və az yaşlarından məcburi əməyə cəlb edilən şagirdlərin sayının artdığı bildirilib.

"Bunları nəzərə alaraq siz özünüz deyin, qarşıdakı il sizin üçün daha yaxşı olacaq yoxsa xalqa?",- bəyanat müəllifləri hökumət başçılarından soruşublar.

Onlar, müəllimlərin onsuzda az olan əmək haqlarının ödənilmədiyini deyib, hüququnu tələb edən təhsil işçilərinin həbs edildiyini və işdən uzaqlaşdırıldığını qeyd ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar