SON XƏBƏRLƏR

Böyük Britaniya İrana qarşı yeni sanksiya tətbid edir

2021.10.20, 07:36
Böyük Britaniya İrana qarşı yeni sanksiya tətbid edir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Böyük Britaniyanın Maliyyə Nazirliyi oktyabrın 12-də İran Millət Bankı və Gəmiçilik Şirkətinə sanksiya qoyub Maliyyə naziri bu gün bəyanat yayaraq ingilis şirkətlərinin İranın Millət Bankı və Gəmiçilik Şirkəti ilə hər hansı əməkdaşlığına qadağa qoyulduğunu bildirib. Bəyanatda İran Millət Bankının ölkənin nüvə proqramı ilə əməkdaşlıq etdiyi, Gəmiçilik Şirkətinin isə İranın nüvə və raket fəaliyyəti üçün lazım olan materiallar daşıdığı vurğulanır. Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend bundan əvvəl jurnalistlərə açıqlamasında demişdi ki, əgər İran nüvə fəaliyyəti ilə bağlı 5+1 qrupuna (ABŞ, Böyük Britaniya, Rusiya, Çin, Fransa və Almaniya) üzv ölkələrlə əməkdaşlıq etməsə, bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar