SON XƏBƏRLƏR

İsrailin təhlükəsizlik rəsmisi: Bu hücum İrana cavabdır!

2024.03.27, 10:20
İsrailin təhlükəsizlik rəsmisi: Bu hücum İrana cavabdır!

Martın 26-ı səhərə yaxın Suriyada İrana bağlı qruplaşmaların bazalarına hava zərbələri Tehran hökumətinin İordan çayının qərb sahilindəki döyüşçülərə iri həcmli silah göndərmək cəhdlərinə cavab idi.

Gunaz.tv

Bunu xarici media İsrailin adı açıqlanmayan təhlükəsizlik rəsmisinə istinadən yazıb.

Məlumatda bildirilib ki, son hava hücumu Cavad Qafarinin başçılıq etdiyi SEPAH-ın Kəşfiyyat Xüsusi Əməliyyatlar İdarəsinə qarşı planlaşdırılan uzunmüddətli və davamlı əməliyyatın bir hissəsidir.

"Bu əməliyyatda silahların ötürülmə marşrutu İsrail Təhlüksizlik Xidməti (Şin Bet) və İsrail ordusu tərəfindən aşkar edilərək məhv edilib”, - israilli mənbə vurğulayıb.

Qeyd edək ki, hava hücumu nəticəsində öldürülən İrana bağlı silahlıların sayı 15-ə, yaralıların sayı isə 34-ə çatıb. Ölənlər arasında SEPAH-ın hərbi müşaviri olan Bəhruz Vahidi də var.

Hava hücumu SEPAH üzvlərini və logistik avadanlıqları daşıyan İran nəqliyyat təyyarəsinin Deyr əz-Zor hava limanına enməsindən bir neçə saat sonra baş verib.

Suriya hücumun ABŞ tərəfindən edildiyini açıqlayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar