SON XƏBƏRLƏR

Çində 6 uyğur türkü edam ediləcək, 1 nəfər isə ömürlük həbsə alınacaq

2021.10.20, 07:36
Çində 6 uyğur türkü edam ediləcək, 1 nəfər isə ömürlük həbsə alınacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Urumçu məhkəməsinin çıxardığı qərara əsasən Çində 6 uyğur türkü edam ediləcək, 1 nəfər isə ömürlük həbs olunacaq. bu qərar Çinə tabe olan Doğu Türküstanın (Sincan-Uyğur muxtar vilayətinin) paytaxtı Urumçidə 5 iyulda baş verən etnik qarşıdurmalarda günahkar bilindikləri üçün çıxarılıb. Urumçi məhkəməsi cinayət, təxribat və partlayışlarda ittiham edilən daha bir nəfəri isə ömürlük azadlqıdan məhrum edib. Çinin Rəsmi mənbələrinə görə, 5 iyuldakı hadisələr nəticəsində 197 nəfər ölüb, 1700-dən çox adam yaralanıb. Ancaq qeyr rəsmi mənbələr ölüb və xəsarət alanların bundan qat qat çox olduqlarını bəyan edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar