SON XƏBƏRLƏR

İsfahanlı şovinistlər Azərbaycan millətini, alçaqcasına təhqir ediblər

2021.10.20, 07:36
İsfahanlı şovinistlər Azərbaycan millətini, alçaqcasına təhqir ediblər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, dünən İranın İsfahan şəhərində Traxtor ilə Sepahan komandaları arasında keçirilən Futbol yarışında İsfahan tamaşaçılarının içindən Azərbaycan millətinin ünvanına saysız hesabsız təhqirlər yağdırılıb. Tamaşaçıların içindən səslənən təhqir edici şüarlar futbol yarışı ilə heç əlaqəsi olmadan türk millətini bütövlükdə alçadan sözlərdən ibarət olub. "öyrenci" yazır ki onlar əsas "eşşək türk", "ər ər səsiniz bəs hanı" kimi atmacalar atıblar. İsfahan şovinistləri Traxtor komandasının tərəfdarları olan türk soylu vətəndaşları ila üz üzə durduğu bir halda ümum türkləri təhqir edən bir şəkildə öz qonaqpərvərlik və guya qardaşlıqlarını bu şəkildə nümayiş etdiriblər. Aldığımız Məlumata görə bu mənzərəni polis məmurları və digər İran rəsmiləri çox sevinclə izləyirmişlər. onların qarşısını almaq üçün isə heç bir reaksiya verməyiblər. O halda ki hakimi vəya hər hansı bir məsul şəxsləri təhqir etmək faktna görə inzibati komitə suçlu komandanı cəzalandırır. Bu dəfə bir şəxsi deyil bir milləti təhqir edən komandanın tərəfdarları çox sevinclə qarşılanıblar və sonra reaksiyaların nə olacağını yəqin ki eşidəcəyik.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar