SON XƏBƏRLƏR

Nalbandyan nə yaxşı sözə baxan uşağıymış!!!. Lavrov:“Sakitcə imzala və çıx get!”

2021.10.20, 07:36
Nalbandyan nə yaxşı sözə baxan uşağıymış!!!. Lavrov:“Sakitcə imzala və çıx get!”

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Sürix Universitetində Türkiyə ilə protokolların imzalanması prosesinin bəzi nüansları açıqlanıb. APA “Kommersant”a istinadən yazır ki, protokollara imza atmaq istəməyən Ermənistanın xarici işlər naziri daha sonra Rusiyalı həmkarı Sergey Lavrovun göstərişindən sonra bu addımı atmağa məcbur olub. “Kommersant”ın yazdığına görə, Sergey Lavrov gərginlik anında Edvard Nalbandyana bir kağız ötürüb. Kağızda “Sakitcə protokolları imzala və çıx get!” sözləri yazılıb. Yalnız bundan sonra Nalbandyan protokolları imzalamağa məcbur olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar