SON XƏBƏRLƏR

İranda 18 yaşına çatmamış yeniyetmə edam olunub

2021.10.20, 07:36
İranda 18 yaşına çatmamış yeniyetmə edam olunub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, 17 yaşlı Behnud Şocayi Tehran şəhəri Evin həbsxanasında edam olunub. O qətl hadisəsi ilə bağlı təqsirli bilinib. Bu barədə BBC xəbər yayıb. İran Uşaq Hüquqları haqqında Konvensiyanı imazalamaqla, Konvensiyanın 37-ci maddəsinə əsasən, 18 yaşına çatmamış gənclərlə bağlı (cinayət törətdikləri zaman ) edam hökmü çıxarmamaq barədə öhdəliyi rəsmi şəkildə qəbul edib. Lakin ölkənin Ali Məhkəməsi 2007-ci ildə edam hökmünü Şocayi haqda təsdiqləyib və icra üçün İranın Ədliyyə Nazirliyinə göndərib. İran məhkəmə orqanının sabiq sədri Ayətullah Haşimi Şahrudi hələ 2004-cü ildə 18 yaşına çatmamış yeniyetmələrə qarşı edam hökmünün ləğv olunması haqda qərar qəbul etmişdi. Qeyd edək ki Şocayi 2005-ci ildə (17 yaşında) Tehran şəhərinin parklarının birində şəxsi münaqişə zəminində bir nəfəri qətlə yetirdiyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar