SON XƏBƏRLƏR

Polşa Baş naziri: Ukraynadakı vəziyyət ötən illə müqayisədə bu gün daha çətindir

2024.03.29, 11:56
Polşa Baş naziri: Ukraynadakı vəziyyət ötən illə müqayisədə bu gün daha çətindir

"Ukrayna çətin vəziyyətdə olsa da müharibənin əvvəlinə nəzərən yaxşı vəziyyətdədir".

Gunaz.tv

Bunu Polşanın Baş naziri Donald Tusk bu vəzifəyə seçildikdən sonra beynəlxalq mediaya ilk müsahibəsində deyib.

Ukrayna cəbhəsindəki vəziyyətlə bağlı Polşa Baş naziri deyib ki, Ukraynanın pessimist ssenarilərdən yayınmağı bacarıb-bacarmayacağı Avropadan asılıdır.

O, həmçinn etiraf edib ki, Ukraynadakı vəziyyət bir il əvvəllə müqayisədə bu gün daha çətindir, lakin eyni zamanda Rusiyanın Kiyevə hücumu etdiyi vaxtdan - "müharibənin əvvəlindən qat-qat yaxşıdır.

"Ola bilər ki, biz Ukraynadakı müharibə haqqında uzunmüddətli perspektivdə düşünməliyik. Bu, Avropa ölkələri üçün getdikcə daha çox yeni vəzifələr, məsuliyyət deməkdir. Ukraynanı mümkün olan ən yaxşı vəziyyətdə saxlamaq bizim marağımızdadır. Polşada hamı bundan xəbərdardır və bu, müzakirə mövzusu deyil", - deyə o əlavə edib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar