SON XƏBƏRLƏR

Ərdoğan: sərhədlərin açılmasından öncə Ermənistan öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır

2021.10.20, 07:36
Ərdoğan: sərhədlərin açılmasından öncə Ermənistan öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasından öncə Ermənistan öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır. Bu sözləri Türkiyənin Baş Naziri Rəcəp Tayyib Ərdoğan deyib. Ərdoğan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair sənədin imzalnmasından bir gün sonra iki məsələnin bir-biri ilə bağlı olduğunu vurqulayıb. O Ankarada deyib ki Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxması Türkiyə parlamentində münasibətlərin normallaşdırılmasına dair sənədin ratifikasiya edilməsini asanlaşdıra bilər. Qeyd edək ki 1993-cü ildə bağlanmış sərhədlərin açılması üçün və ümumiyətlə Razılaşmanın qüvvəyə minməsi üçün Türkiyə və Ermənistan parlamentləri onu ratifikasiya etməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar