SON XƏBƏRLƏR

Terrorist qrupların üzvləri tərəfindən növbəti təxribat

2024.03.30, 13:17
Terrorist qrupların üzvləri tərəfindən növbəti təxribat

Sosial şəbəkələrdə paylaşılmış götüntülərə istinadən Traktorun simvolu olaraq maketə od vururlub.

Gunaz.tv


Güney Azərbaycanın Traktor Futbol Komandasını təmsil edən və ötən həftə Şut şəhərinin əsas dairəsində qoyulmuş traktor maketi naməlum şəxslər tərəfindən yandırılıb. 

Həmin maket Traktor Futbol Komandasının azarkeşlərinin şəhərin məsul şəxsləri ilə bir neçə ay yazışmalardan və təklif olunandan sonra bələdiyyə tərəfindən qoyulmuşdu. 

Məlumata əsasən maket Qərbi Azərbaycanda məskunlaşdırılmış və fəaliyyət göstərən kürd terrorist qruplarına mənsub şəxslər tərəfindən yandırılıb. 

Xatırladaq ki, İran hakimiyyəti tərəfindən Qərbi Azərbaycan Əyalətinə, xüsusilə də Urmu şəhərinə qonaq kimi tədriclə və məqsəd yönlü yerləşdirilmiş kürd terrorist qruplara bağlı şəxslər Urmu və əyalətin  digər bölgələrinə torpaq iddiaları ilə çıxış edirlər. 

Onlar, bu səbbədən bölgənin türk mahiyyətini inkar etmək üçün şəhərdə Azərbaycan türkcəsində yazıları, simvolları və maketləri pozur və od vururlar

Buna oxşar hərəkətlər Urmu şəhərində dəfələrlər təkarar olunub. O cümlədən Umru şəhəri küçələrinin türkcə olan adların üstünə rəng yaxılması mü.ahidə edilib. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar