SON XƏBƏRLƏR

Paşa Qəlbinur “Əgər sərhədlər açılsa ermənilər daha da quduzlaşacaqlar, onlar mənasız iddialarından əl çəkməyəcəklər” (MÜSAHİBƏ)

2021.10.20, 07:36
Paşa Qəlbinur “Əgər sərhədlər açılsa ermənilər daha da quduzlaşacaqlar, onlar mənasız iddialarından əl çəkməyəcəklər” (MÜSAHİBƏ)

Gunaz.tv
Bu günlərdə İran teleradio şurasının rəsmi saytında Azərbaycan bayrağının təhqir edilməsi, gələcəkdə İranın idarəçilik sistemi, Avropada Güney Azərbaycanımız, Dağlıq Qarabağın işğal altında olması haqqında bilgilərin olub olması, Türkiyə-Ermənistan arasında gedən danışıqlar ilə bağlı sualların cavabını almaq üçün Dünya Azərbaycanlıları Konqresinin həmsədri, professor Paşa Qəlbinurun GÜNAZ.TV mətbuat mərkəzinə müsahibəsi... Paşa bəy Dünya Azərbaycanlıları Konqresinin həmsədri olaraq İran Teleradio şurasının rəsmi saytında Azərbaycan bayrağının və bir sıra vəzifəli şəxslərimizin təhqir olunması ilə bağlı fikirlərinizi, münasibətinizi bilmək istərdik. Mənim bu haqda fikirlərim sizlərlə, cəmiyyətdə haqqı ədaləti üstün tutan insanlarla birdir, həmrəydir. Bu məsələ ortaya çıxan kimi mətbuatda məsələyə etirazımı bildirdim. Bir millətin bayrağı təhqir olunursa ona etiraz edilməlidir və insanlarında qəzəbli olması təbiidir. Çünki, bayraq hər bir millət üçün dəyərli olduğu kimi bizim üçün də müqəddəsdir. Sivil dünyanın, beynelxalq təşkilatların qəbul etdiyi milli atributlarımızdan biri olan və milli qürurumuzu özündə birləşdirən bayrağımızın təhqir olunmasına bir fərdi münasibətimlə bərabər və konqresin mövqeyi ilk gündən mənfidir və etiraz edir. Eyni zamanda düşünürəm ki, hər hansı dövlət başqa bir dövlətin bayrağını təhqir edirsə öz bayrağını təhqir etmiş olur. Bizdə bir gözəl bir məsələ var “danış səni görüm”. Bunların hamısının kökündə Azərbaycanın güclənməsi və bölgənin önəmli dövlətinə çevrilməsi ilə bağlıdır. Həmdə qısqanclığın təzahürüdür. Siz tez-tez Avropa ölkələrində səfərlərdə olursunuz və avropa cəmiyyətində Güney Azərbaycan baxış neçədir və ya bu haqda məlumata malikdirlərmi? Bəli, mənim bu haqda fikirlərim var. Mən bu yaxınlarda İsveçrədə, İspaniyada oldum və diaspor nümayəndlərimizlə, avropanın müxtəlif dairələrindən tutmuş içtimaiyyət üzvləri ilə də görüşlər keçirirdik. Cox təəssüflə onu demək istəyirəm ki, İsveçredə, İspaniyada görüşlərdə bir şeyi gördüm ki, bu ölkələrdə Güney Azərbaycan və xüsusi ilə gözəl Böyük Azərbaycanımız haqqında məlumatlar cox sətidir və ya yox dərəcəsindədir. Olsada yanlışdır. Xüsusi ilə İsveçrə parlamentində altı millət vəkili ilə görüşdə bu özünü göstərdi. Onlardan beşinin məlumatı cox yox dərəcəsində idi və birinin məlumatı var idi. Həmin millət vəkili Azərbaycanda səfərdə olduğuna görə problemlərimiz haqqda məlumatlı idi. Əksəriyyət Azərbaycanın taleyindən Dağlıq Qarabağın haqqında bilgilərdən uzaqdırlar. Bəzilərində informasiya olsada oda yanlışdır. Bunun üçün cox çalışmaq lazımdır və eyni zamanda xaricdə fəaliyyət göstərən diaspor nümayəndələrimiz cəmiyyətin müxtəlif zümrəli insanları ilə iş aparmalıdırlar. Bəs, Dünya Azərbaycanlıları Konqresi bu yöndə hansısa işlər görürmü və məsələlərin beynelxalq içtimaiyyətə çıxarılması bağlı tədbirlər planı varmı? Bu gün Dünya Azərbaycanlıları Konqresinin 21 nəfər idarə heyəti üzvündən tutmuş minlərlə üzvünə qədəri bu yöndə işlər görürlər. Amma burada gərək dünyanın hər bir yerində yaşayan insanlarımız güclü şəkildə işləməlidirlər. DAK-ın milli məsələlərin beynelxalq içtimaiyyətə çatdırılması üçün iki illik proqramı var və bu planlada hərəkət edilir. Xaricdə yaşayan insanlarımız fərqi yoxdur, İngiltərədə, İsveçrədə və s başqa ölkələrdə yaşasalarda və oranın vətəndaşları olsalarda ancaq onlar eyni zamanda virtual olaraq Azərbaycanın vətəndaşlarıdır. Təbliğatlarını aparmalı və ölkəmiz haqqında bilgilər verməlidirlər. Sizə bir sevindirici məlumat verim ki, bu gün dünyanın başqa yerlərində yaşayan soydaşlarımızda milli hisslər vətənpərvərlik duyğuları güclünməyə doğru gedir. Onlar hər gün Azərbaycanla bağlı məlumatlar axtarırlar və informasiyaları genişlənir. Demək olar ki, Azərbaycanla nəfəs alırlar. Ancaq bununla bərabər Azərbaycanımız üçün cox çalışmaq lazımdır və yaşadıqları ölkələrin insanlarına vətənin iki hissəyə parçalanması, Güney Azərbaycan haqqında, Dağlıq Qarabağ işğal altında olması ilə bağlı onlara təlqin eləməli, məlumatlandırmalıdırlar. Güney Azərbaycanda fərqli olaraq Dağlıq Qarabağın işğal altında olduğunu bilirlərmi? Bir Azərbaycan məsəli var “yüz mamaca olan kimi güc doğana düşər” Təbii ki, məsələlərin həllinin beynelxalq içtimaiyyətinə çatdırılması problemlərizin həllinə kömək edir. Amma, bu məsələ ilə bağlı mənim fikrim odur ki, burada əsas güc xalqımızın üzərinə düşür. Nəyin ki, Qarabağ məsələsi bağlı bütün problemlərimizdə ən böyük ümid özümüzdədir. Dünyada elə xalqlar var ki, onların heç problemi yoxdur və bizim xalqın digər xalqlardan fərqləndirən odur ki, üzərimizdə 3-4 nəhəng problemlər var. Buda bizim xalqın taleyidir. Biz bu haqda düşünməliyik və ona uyğun addımlar atmalıyıq. Hər gün özümüzü hesabat verməliyik. Yenədə deyirəm ki, məsuliyyət bizim üzərimizə düşür, tələsib amma aramla problemlərimizi həll etməliyik. Bu gün Türkiyə- Ermənistan arasında sərhədlərin açılması ilə bağlı danışıqlar gedir və Türkiyə rəsmiləri bəyan edirlər ki, bu məsələdə Azərbaycanın maraqları qorunacaqdır. Amma bu məsələ ilə bağlı sizin fikirlərinizi bilmək istərdik. Bu məsələ meydana çıxandan sonra dərhal Dünya Azərbaycanlıları Konqresi bəyanatlar vermiş və müxtəlif səviyyələrdə, mətbuatda Türkyə-Ermənistan danışıqları ilə bağlı fikirlərimizi bildirmişik. Bu yol verilməzdir və bu hal baş versə onun mənfi nəticələri ortaya çıxar. Bu gün Türkiyədə və Azərbaycanda bəzi insanlar var ki, məsələyə haqq qazandırmaq istəyirlər və onlar belə əsaslandırırlar ki, əgər sərhədlər açılsa Ermənistanın Dağlıq Qarabağ məsələsində mövqeyi zəifləyəcək, Ermənistan Rusiyanın təsir dairəsindən, cəngindən çıxacaqdır və dünyada yaşayan türklərə baxış dəyişəcəkdir. Bundan sonra bölgədə sülh yaranacaqdır. Əsla belə düşünmürəm, əgər sərhədlər açılsa ermənilər daha da quduzlaşacaqlar, onlar mənasız iddialarında əl çəkməyəcəklər. Mən bir demokratik insan olaraq həmdə düşünürəm ki, Ermənistanda və xaricdə yaşayan bəzi insanlar var ki, ölkəsinin səhv yolda olduğunu, onların sayları az olsa belə amma tarixin onların xeyrinə işləmədiyini görürlər. Amma mənim bir fərdi fikirim odur ki, problemlərimiz həll olunmamış sərhədlər açılmayacaqdır və əgər Allah eləməsin sərhədlər açılsa onun cox mənfi nəticələri olar. Paşa bəy gələcəkdə İranın siyasi xəritəsinin neçə görürsünüz. Bəzi deyirlər ki, İran federallaşacaq, və ya Güney Azərbaycan azadlığını əldə edəcəkdir. Mənim fikrimcə İran hansı formasında asılı olmayaraq yaxından baxanda böyük, uzaqdan baxanda isə kiçik görünən imperiyalar kimi parçalanacaqdır. Bu gün İran özünü imperiya kimi aparır və həmin dövlətin ki, yarıdan coxu Azərbaycan türkləridi. Onların yazmaq oxumaq hüquqları yoxdur və bu gün ki, dünyanın minimal hüquqları olan ana dilində universitetləri, məktəbləri açılmalı və qəzet-jurnalları çap olunmalıdır, öz ana dilləri təhqir olunmamalıdır. Onlar coxluq olaraq azlığın basqıları ilə üz-üzə qalmamalı və dünya Tanrının ədalət qanunları ilə idarə olunduğuna görə gec-tez haqq, ədalət öz yerini tutacaqdır. Paşa bəy sizə öz təşəkkürümü bildirirəm suallarımızı cavablandırdığınıza görə. Mən sizə öz təşəkkürümü bildirirəm və işlərinizdə uğurlar arzu edirəm.Söhbətləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar