SON XƏBƏRLƏR

İnanclarına görə məhbus barədə dar ağacından asılma qərarı çıxarılıb

2024.04.01, 10:56
İnanclarına görə məhbus barədə dar ağacından asılma qərarı çıxarılıb

İran hakimiyyətinə qarşı 2022-ci il hərəklatında saxlanılmış 64 yaşlı məhbus Şəhriyar Bayat, kütlənin gözündən uzaq şərti ilə, dar ağacından asılmaqla edam cəzasına məhkum olunub.

Gunaz.tv

O, Tehran şəhəri Cinayət Məhkməsinin qətnaməsi ilə “Səb Əl-Nəbi” peyğəmbər və müqəddəsləri təhqir etməkdə ittiham olunub. Məhkəmə onun virtual məkanda paylaşdığı postları sübut kimi tanıyıb. 

Fevralın 14-ü çıxarılmış qətnamə Qızıl Hisar Həbsxanasında Şəhriyar Bayata bildirilib.

Xatırladaq ki, Şəhriyar Bayat 2022-ci ilin oktyabr ayında Kərəc rayonu Şəhriya şəhərində saxlanılıb. İstintaqı bitiriləndən sonra Tehrandan Kərəc şəhərinin Qızıl Hisar Həbsxanasına köçürülüb. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar