SON XƏBƏRLƏR

Bu gün İran adlanan ölkədə Təbiət Günüdür

2024.04.01, 12:32
Bu gün İran adlanan ölkədə Təbiət Günüdür

Novruz bayramının sonuncu günü aprelin 1-i Təbiət Günüdə İranda yaşayan xalqlar ənənə olaraq şənliklər keçirdiyi bir halda hakimiyyət buna icazə vermir. 

Gunaz.tv

Belə ki, İranın hər yerində əyələncə mərkəzləri xüsusilə də parklar ramazan ayı olduğu bəhanəsi ilə hakimiyyət tərəfindən bağlı elan olunub.

İran İslam Respublikası Radio və Televiziyasının xəbər agentliyi digər şəhərlərlə yanaşı Təbiət Günündə Çahar-Mahal Bəxtiyari, Qərbi Azərbaycan və Fars əyalətlərinin də tarixi məkanlar və turistik yerlərinin bağlı olacağını bildirib.

Həmçinin Gilan və Rəzəvi Xorasan əyalətlərinin restoranları, ziyafət zalları və müzryləri bağlı elan olunub. 

İranın daxili işlər naziri Əhməd Vəhidi bir neçə gün əvvəl həmin gündə parklar və sair əyləncə məkanlarının bağlı olmayacağını demişdir. 

Lakin sosial şəbəkələrdə paylaşılmış faktlar və medialarda xbərlər bunun əksini olduğuna dəlalət edir. 

Xatırladaq ki, aprelin 1-i Novruz Bayramının sonu olaraq əski tarixlərdən bəri İran və Güney Azərbaycanda Təbiət Günü adlandırılır. Bu gün İranda yaşayan xalqlar əsasən şəhərdən çıxıb ağaclıqlar, meşəliklərdə və çayların qırağında şənlik edir.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar