SON XƏBƏRLƏR

İslam mətbəxi beynəlxalq kulinariya festivalında ən çox medalı Türkiyə və Azərbaycan qazanıb

2021.10.20, 07:36
İslam mətbəxi beynəlxalq kulinariya festivalında ən çox medalı Türkiyə və Azərbaycan qazanıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda keçirilən İslam mətbəxi beynəlxalq kulinariya festivalına ötən gün yekun vurulub. Mərasimi açan mədəniyyət və turizm naziri Əbülfəz Qarayev “Bakı İslam Mədəniyyətinin Paytaxtı – 2009” layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə keçirilən beynəlxalq kulinariya festivalının uğurla başa çatdığını bildirib. Türkiyə komandası müsabiqədə birincilik qazanaraq baş mükafata sahib olub. Nominasiyalar üzrə ən çox medal qardaş Türkiyə və Azərbaycanı təmsil edən komandaların payına düşüb. Peşəkar aşpazlara diplomlar, xüsusi mükafat və hədiyyələr verilib. Festival qala-konsertlə yekunlaşıb. Qeyd edək ki, festivalda 14-dən çox ölkənin təmsilçiləri ustalıqlarını nümayiş etdirib. Bura Belarus, Filippin, Gürcüstan, İran, İslandiya, Kanada, Nigeriya, Özbəkistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Yunanıstan və digər ölkələrin aparıcı kulinarlarından ibarət komandalar daxil olub. Tədbirdə Dünya Kulinariya Təşkilatları Assosiasiyasının prezidenti Qissur Qudmundsson, Dünya Folklor Sənəti Təşkilatının prezidenti Karmen Padilya, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru, Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov və başqaları çıxış edib. ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar