SON XƏBƏRLƏR

İKİ YANLIŞ - BİRİ DİNDAŞDAN, BİRİ QARDAŞDAN...

2021.10.20, 07:36
İKİ YANLIŞ - BİRİ DİNDAŞDAN, BİRİ QARDAŞDAN...

Gunaz.tv
Son bir neçə gündə müqəddəs bayrağımızla bağlı bir-birinin ardınca iki xoşagəlməz olayın şahidi olduq. Əvvəlcə İranın dövlət saytında bayrağımızın kobud şəkildə aşağılanması xəbəri gəldi, rəsmi Bakı buna görə haqlı olaraq Tehrana nota göndərdi. Səfir Xarici İşlər Nazirliyinə çağırıldı və bu vandalizm aktına görə ondan dövləti adından izahat tələb edildi. Diplomat da etiraz məktubunu öz ölkəsinin rəhbərliyinə çatdıracağına söz verdi. Maraqlıdır ki, notadan cəmi bur gün əvvəl səfirlikdən qəzetimizin əməkdaşı Elşad Paşasoya bildirmişdilər ki, belə bir şey olmayıb. İran tərəfi həmişə özünü belə riyakar aparıb. Faktı göstərmisən, fakt qarşısında qoymusan, deyib hanı? Neçə illərdir işğalçı Ermənistana nəfəs verib onu ayaq üstdə saxlamasını da fars rejimi beləcə danır. Bu harasıdır, hətta həmin Ermənistanın təcavüzkarlığı səbəbindən bir milyon müsəlmanı qaçqın düşmüş Azərbaycanı suçlu çıxarır. Ancaq İran rejiminin bayrağımıza budəfəki həqarəti o dərəcədə ikrah doğurucu oldu ki, Azərbaycanda ənənəvi olaraq bu rejimə rəğbəti olan nardaranlı qardaşlarımız da onu pislədilər, hətta bu hərəkəti axmaqlıq adlandırdılar. İrana loyallığı olan insanlar da anladılar ki, bu ölkəyə bel bağlamaq nə qədər əbəsmiş. Hələ ki, rəsmi Tehrandan xəbər yoxdur. Cavabı intizarla gözləyirik. Görək, üzərində İslam rəmzinin əks olunduğu bayrağımızın təhqirinə özünü “İslam Respublikası” adlandıran İran hansı yazılı izahı tapacaq. Hərçənd reaksiyanı təxmin eləmək çətin deyil. Yenə dostluq, qardaşlıq və dindaşlıq barədə pafoslu, boğazdan yuxarı sözlərlə dolu bir cavab olacaq. *** İran bizə əlbəttə ki, Türkiyə deyil. Amma bayrağımızla bağlı ikinci xoşagəlməz xəbər əfsus ki, məhz can Türkiyəmizdən gəldi: oktyabrın 14-də Bursada keçiriləcək Türkiyə-Ermənistan matçında üçrəngli bayrağımıza qaldırmağa qoyulan rəsmi qadağa bizləri əməlli-başlı üzdü. Qəribədir ki, Ərdoğan hökumətinin təmsilçilərindən biri “Zerkalo” qəzetinə dünənki açıqlamasında yasaqdan xəbərsiz olduğunu, belə bir qadağaya ümumiyyətlə, ehtiyac olmadığını söyləyib. Qardaş ölkənin ölkəmizdəki səfiri hörmətli Hülusi Kılıc isə stadionda Türkiyə ilə yanaşı, Azərbaycan bayraqlarının da dalğalanacağına inandığını söyləyib. Elə isə bəs, əcaib qərarı kim çıxarıb? Kimdir qaşınmayan yerdən qan çıxarmaq istəyən? İki qardaş ölkə arasında, həm də belə həssas mərhələdə soyuqluq yaradacaq bir təklif doğrudanmı bir türk qafasının məhsuludur? Dövlət bayrağımızı ermənilərin ayağına verib düşməni sevindirmək ideyası kimə məxsusdur? Axı od olmasa, tüstü çıxmaz. Nəhayət, Azərbaycan bayrağının stadionda dalğalanması bu dərəcədəmi qorxulu nəticələrə gətirə bilər? Qoyulan sualların cavabı yəqin ki, özünü çox gözlətməyəcək. Bu yerdə adamın dalağı sancır ki, bəlkə bayraq qadağası keçən həftə Azərbaycanın Türkiyəyə nota verməsinə Ərdoğan hökumətinin özünəməxsus incik reaksiyasıdır? Belədirsə, yenə pis. Çünki bu dəqiqə “erməni açılımı” ilə bağlı proseslər iki qardaş ölkənin iqtidarlarının maksimum uzlaşdırılmış siyasət yürütməyi tələb edir. İnciklik zamanı deyil. Olmaya, iki ölkə iqtidarları arasından qara pişik keçib xəbərimiz yox? Hətta belədirsə də, bundan ortaq türk maraqları əsla ziyan görməməlidir. Zira, iqtidarlar gəldi-gedərdi, iki qardaş xalqın bir-birinə etimadı, güvəni isə əbədi. Heç kimin haqqı yoxdur bu dəyərlə alver etməyə, ona xətər yetirməyə... . musavat.Nurlan Nadirli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar