SON XƏBƏRLƏR

Bu gün İsveçrədə Türkiyə-Ermənistan münasibətlərin normallaşması barədə sənəd imzalanmalıdır

2021.10.20, 07:36
Bu gün İsveçrədə Türkiyə-Ermənistan münasibətlərin normallaşması barədə sənəd imzalanmalıdır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Bu gün İsveçrədə Türkiyə ilə Ermənistan münasibətlərini normallaşdırmağı nəzərdə tutan protokolun imzalanma mərasimi keçriləcək. Türkiyə hökuməti bunu müsbət hal kimi dəyərləndirir, lakin erməni diasporası və ölkə daxilində yaşayanların əksəriyyəti protokolun imzalanmasına qarşı çıxır. Ötən gün Yerevanda keçirilən etiraz aksiyaları bunu bir daha sübut edib. Minlərlə insan küçələrə çıxaraq hökumətin siyasətindən narazı olduqlarını bildiriblər. Aksiyaçılar «Protokolun imzalanmasına yox» kimi şüarlar səsləndirərək yürüş keçiriblər. Ermənistanın 13 partiyası protokolun imzalanmasının əleyhinə çıxış edib. Bu partiyaların içərisində ölkənin ən yaşlı siyasi qurumu «Daşnaktsütun» da adı var. Etiraz aksiyasında iştirak edən partiyanın təmsilçisi bildirib ki, onun partiyası sənədin imzalanmasına qarşıdır. Ermənilər hesab edirlər ki, protokolda yer alan bəzi maddələr gələcəkdə onların özlərinə qarşı istifadə oluna bilər. Türkiyə və Ermənistan xarici işlər nazirləri bütün bu etirazlara baxmayaraq sözügedən sənədi imzalanmağa hazırlaşırlar. Mərasimdə iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hilari Klinton, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Avropa Komissiyasının rəsmiləri İsveçrənin Sürix şəhərinə gəlirlər. Protokolun imzalanmasına bir neçə saat qalmış Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyanat verərək Ermənistanı qətiyyətli olmağa çağırıb. Ekspertlər hesab edirlər ki, Türkiyə-Ermənistan sərhədləri açılsa, Türkiyənin Avropa İttifaqına qəbul olunacağı şansları artacaq, iqtisadi böhrandan əziyyət çəkən Ermənistan iqtisadiyyatı isə inkişaf edəcək. Bundan əlavə regionumuzda sülhün bərqərar olunacağı gözlənilir. Ankara küçələrində isə sıravi vətəndaşların fikirləri bölünüb. Bəziləri hesab edir ki, sənədin imzalanması yalnız Qarabağ münaqişəsinin həll olunacağından sonra mümkün olacaq. Digərləri isə hesab edirlər ki, protokolun imzalanması Türkiyənin maraqlarına ziddir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar