SON XƏBƏRLƏR

İsrailin hücumu nəticəsində SEPAH-ın Dəməşqdə öldürülən üzvlərinin adları açıqlanıb

2024.04.02, 14:11
İsrailin hücumu nəticəsində SEPAH-ın Dəməşqdə öldürülən üzvlərinin adları açıqlanıb

Məhəmmədrza Zahidi, Məhəmməd Hadı Hac Rəhimi və onları müşayiət edən 5 nəfərin İranın Dəməşqdəki konsulluğuna hücum zamanı öldükləri bildirilib.

Gunaz.tv

SEPAH-ın Ümumi Əlaqələr Şöbəsi bu barədə məlumat yayaraq ölənlərin şəkillərini paylaşıb.

Digər 5 SEPAH üzvünü kimlikləri Hüseyn Amanullahi, Mehdi Calaləti, Möhsün Sədaqət, Əli Ağababai və Əli Salehi Ruzbehani olduğu qeyd olunub. 

Məlumata əsasən Məhəmmədrza Zahidi, Məhəmməd Hadı Hac Rəhimi SEPAH-ın Qüds Qüvvələrinin Dəməşqdə yüksək komandirləri olub. 

Həmçinin adları açıqlanmayan 4 İsrail rəsmisi Nyu-York Taymz qəzetinə bildiriblər ki, ölən SEPAH üzvləri vurulan binada Fələstin İslami Cihad rəhbərləri və Qəzzadakı yaraqlı qrpupların üzvəri ilə iclas keçiriblərmiş. 

Bu səbbədən bina diplomatik statusa malik olmayıb və SEPAH həmin binadan öz fəaliyyətləri üçün istifadə edirmiş. 

Qeyd edək ki, SEPAH həmin binada digər ölənlərin adlarını açıqlamayıb.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar