SON XƏBƏRLƏR

ABŞ-da müsəlmanlara qarşı hücumlar ötən 30 ildə misli görünməmiş həddə yüksəlib

2024.04.02, 14:57
ABŞ-da müsəlmanlara qarşı hücumlar ötən 30 ildə misli görünməmiş həddə yüksəlib

Amerika-İslam Əlaqələri üzrə Şura Amerikada müsəlmanların əleyhinə ayrıseçkilik və hücumların ötən 30 ildə misli görünməmiş həddə yüksəldiyini yazıb.

Gunaz.tv

Aprelin 2-də nəşr olunmuş hesabata görə “ABŞ-da islamdanqorxma” ötən ilin oktyabr ayının 7-dən başlanan HƏMAS-İsrail müharibəsindən sonra kəskin artıb. 

Şuranın (Council on American–Islamic Relations-CAIR) bildirdiyinə görə 2023-cü ildə müsəlmanlara hücumlar barədə 8 min 61 şikayət qeydə alnıb. Bu isə ötən ilki ilə müqayisə olaraq 56 faiz artış deməkdir.

Hələ oktyabr-dekabr ayları arasında 3 min 600 belə hücum qeydə alınıb. 

Məlumata əsasən ABŞ-da islamdanqorxma üzrə həmlələr 2023-cü ilin yanvarından sentyabr ayının sonunadək, orta hesabla, ayda 500 dəfə baş verib.

Ancaq Orta Şərqdə gərginliklər başlayandan sonra bu rəqəm ayda 1200-ə yüksəlib. 

Hesabatda hücumlara bariz misal olaraq  6 yaşlı fələstinli-amerikalı uşağın ölməsi, Fələstin kökənli 3 tələbəyə atəş açılması və bıçaqla digər bir fələstinli kişiyə həmlə qeyd olunub.

Xatırladaq ki, islami ideya daşıyan Əl-Qaidənin, İŞİD-in və digər islami qrupların hərəkətləri, o cümlədən HƏMAS-ın oktyabrın 7-də həyata keçirdiyi hərbi hücum ilə təxminən 1200 sivilin öldürülməsi dünya üzrə İslamafobiyanın artmasına gətirib çıxarıb. 

Taymaz

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar