SON XƏBƏRLƏR

Nəsib Nəsibli: Azərbaycanın varlığı, müstəqilliyi İranı vahiməyə salır

2021.10.20, 07:36
Nəsib Nəsibli: Azərbaycanın varlığı, müstəqilliyi İranı vahiməyə salır

Gunaz.tv
Bu gün İranda siyasi vəziyyət və orada cərəyan edən hadisələr, nüvə enerjisi ilə bağlı siyasəti və ölkənin gələcək idarəçilik sistemi hansı formada qurulacaq, bu yaxınlarda İran teleradio şurasının rəsmi saytında Azərbaycan bayrağını təhqir edilməsi və bir sıra dövlət vəzifəlilərini İsrail casusluğunda ittiham etməsi sonuncu məsələ Azərbaycan-İran arasında qalmaqala səbəb olub. Deyilən fikirlərlə bağlı sualların cavabını almaq üçün Azərbaycanın İrandakı sabiq səfiri, Milli Məclisin deputatı, siyasi ekspert Nəsib Nəsiblinin Günaz.tv mətbuat mərkəzinə müsahibəsi... Nəsib bəy bu gün Güney Azərbaycanda gedən proseslər və milli hərəkatla bağlı fikirlərinizi bilmək maraqlı olardı. Prinsip etibarı ilə Güney Azərbaycanda gedən milli hərəkat bir Azərbaycan türk olaraq məni qane edir və orada xoşa gələn hadisələr görünməkdədir. Əvvəl ki, illərə nisbətən proseslərdə inkişaf var. Hərəkat öz dinamikliyini qoruyub saxlayır. İran rejimi milli hərəkata qarşı güclü şəkildə müqavimət göstərməsinə baxmayaraq siyasi-milli şüur yüksələn xəttlə inkişaf edir və insan haqqları prizmasında məsələ dünya içtimaiyyətinə çıxa bilib. İnanıram ki, bundan sonra Güney Azərbaycan Milli Hərəkatı getdikcə daha da güclənəcəkdir. Bir neçə bu gün bundan öncə İran teleradio şurasının rəsmi saytında Azərbaycan bayrağının və bır sıra vəzifəli şəxslərimiz təhqir edən videogörüntülər yayımlandı. Bunun arxasında nələr dayanır? Biz buna təəccüblənməmiliyik. Azərbaycanın varlığı, müstəqilliyi İranı vahiməyə salır. İranın Azərbaycanla bağlı siyasəti və münasibəti bəlli olan bir məsələdir. Bu hələ şahın zamanında belə olub və ində də davam etməkdədir. İran mediası da dövlətin siyasətini yerinə yetirir. Mən sizə bir hadisəni danışım mənim yadımdadır hələ Azərbaycan sovetlər birliyinin tərkibində olanda İran Azərbaycan qəbul etmirdi və o dövrdə buraxılan kitablarda Ermənistan, Gürcüstan respublika verildiyi halda Azərbaycanı Qafqaz respublikası və onun bir parçası kimi qeyd edirdilər. Azərbaycan güclənməsi və istiqlaliyyatı İranda gedən milli hərəkata böyük təsir göstərir. İran siyasətçiləridə bunu cox gözəl bilirlər. Ona görə Azərbaycanı təhqir edici və siyasi-hüquqi çərçivəyə sıxmayan açıqlamalar və bəyanatlar səsləndirirlər. İranın Azərbaycanın İsrail dövləti ilə əlaqələr qurmasını qəbul etməməsinin və bir sıra vəzifəli şəxslərimizi “xain”,“casus” adlandırmasına təbii baxmalıyıq. Bu dövlət Azərbaycana qarşı həmişə belə olub və bundan sonrada belə olacaqdır. Məsələlərin kök salmasında və ortaya çıxmasında İranın siyasi sisteminin teokratik dövlət olduğundan irəli gəlir. İran qatı-dini ideoloji dövlətdir. İranın nüvə siyasətini inkişaf etdirməsi gələcəkdə Amerika ilə müharibə vəziyyətinə gətirə bilərmi? Dünyada nüvə silahlı dövlətlərin sayının artması xüsusi İranında bu sıraya qoşulması ciddi təhlükə yarada bilər. Beynelxalq sanksiyaların qəbul edilməsi məsələnin ciddi şəkildə ortaya qoyulduğunu göstərir və tezliklə öz həllini mütləq tapacaqdır. Nəzərə alsaq ki, İranda sıradan bir dövlət deyil və onun bu, siyasəti davam etdirməsi bölgə üçün təhlükədir. Siz bir ekspert olaraq neçə düşünürsünüz Amerikanın İran planında güney məsələsi yer ayrılıbmı? Bu haqda heç nə deyə bilmərəm. Daha doğrusu informasiyam yoxdur. Amerikanın İranla bağlı siyasətində milli azlıqlara önəm verilməsi məsələsi Vaşınqton üçün o qədərdə maraqlı deyil. Amerika üçün İranda dini rejim dəyişsin və ölkənin bütünlüyü qalsın. Yaxın tarixdə sübut etdi ki, Amerikanın milli azlıqlarla bağlı planı doğrultmadı. Bu gün Amerikanın siyasəti buna söykənir. Düzdür İranda bu gün dövlətin liberallaşması uğrunda ciddi savaş gedir və Xatəmi, Kərrubi, Müsəvi liberal ideyaları müdafiə edirlər. Gəlin görək mili hərəkat onlara dəstək verirmi? Xeyr. İndə də Amerikanı düşündürən odur ki, milli hərəkat İranda siyasi mübarizəni dəstəkləmədi və buda cox məntiqlidir. Həmdə İran müxalifəti milli hərəkata separtçılıq mövqeyindən yanaşır. Ancaq buna baxmayaraq İranda baş verən dəyişiklər ölkənin siyasi təfəkkürünün və demokratik ideyalarının formalaşmasına böyük təsir edir. Amerikada İranın demokratikləşməsini istəyir. Gələcəkdə İranın siyasi idarəcəlik sistemini neçə görürsünüz? Bəli, İranın siyasi sistemində dəyişiklik olacaq. Bütün imperiyalar sonu olduğu kimi İranında çökməsi təbiidir və iranda muxtariyyat ideyası oturuşa bilmədi. Tarixi prosesdə bunu göstərdi. Buna görə İran mütləq federallaşmalıdır. Bu gün İran inadla bir dil siyasətini aparmaq istəyir və amma bu reallaşan deyil. İranın ən böyük səhvi budur ki, bir mərkəzdən ölkəni idarə etmək istəyir. Bu siyasətin məntiqi sonluğu da yoxdur. İranın tərkibində azlıqlar coxdur və onları bir mərkəzdən idarə etmək mümkün deyil. İranın siyasi-tarixi təcrübəsi sübut edir ki, orada qurulan imperiyalar sona kimi davam etməyib. Hazırda İran Səfəvilər dövründə olan modelini yaratmaq istəyir və bu prinsiplər üzərində də qurulub. Amma, XXI əsrdə belə təfəkkürlə yaşamaq və irəli getmək olmaz.Söhbətləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar